Orchids International’a Xoş Gəldiniz!

İngilis təmayüllü Gündəlik Baxıcı, Məktəbəqədər Hazırlıq və Uşaq Bağçası – ORCHIDS International’a xoş gəlmisiniz! Biz körpənizin ömür boyu davam edəcək öyrənmə yoluna inamlı başlanğıc vermək üçün gəldik. İnanırıq ki, keyfiyyətli təhsilin yaratdığı stabil, həvəsləndirici və mehriban mühitdə uşaqlar intellektual, fiziki, sosial və mənəvi olaraq özlərini ən yüksək səviyədə inkişaf etdirə bilərlər.

Biz bilirik ki, gündəlik həyatınız həm siz valideynlər, həm də uşaqlarınız üçün stressli ola bilər. Buna görə də bağçamızda “evdən kənar ev” atmosferi yaratmaqla uşağınızın özünü tamamilə rahat hiss etməsini təmin etməyə çalışdıq.

İstər körpəniz, istərsə də məktəbə hazırlaşan balacanıza öz inkişaflarında mehriban və savadlı müəllim heyətimiz yaxından bələdçilik edəcək. Burada uşaqlara nağıl danışanlar, heyvan təlimçiləri, sağlamlıq mütəxəssisləri tərəfindən tez-tez baş çəkiləcək. Ev mühiti bağçamızda məktəbdən əvvəl və sonra məşğuliyyətlər isə uşağın sosial gününün tamamlanmasına kömək edəcək.

Bizim İdealogiyamız

Maraqlan. Kəşf et. Həll et

Bizim məktəbə qədər hazırlıq proqramlarımız hər bir uşağın təbii istedadını kəşf etmək, onları özünə inamlı, qayğıkeş, sosial bir fərd kimi yetişdirmək üçün hazırlanmışdır. Biz onların kəşf etmə həvəsini artırır, qazandıqları təcrübələr və aldıqları yeni biliklər barədə suallar verməklərinə həvəs oyadırıq. Biz öyrənməyi əyləncəli hala gətiririk!

İnanırıq ki, hər bir uşaq:

  • ayrıca istedada malikdir
  • öz üslubuyla öyrənir
  • təbiət etibarilə öyrənməyə maraqlıdır
  • oyun vasitəsilə biliyi daha möhkəm qavrayır

Rəylər

Valideynlərin haqqımızda dedikləri

“Almaniyanın Waldorf təhsil sistemi və Montessori metodu ilə hazırlanmış bu tədris planı uşaqlarda rəsm, yaradıcılıq, oyunlar vasitəsilə öyrənməyə böyük həvəs yaradır.”

-Adam Sons

Kurrikulum uşaqların davranışlarını, yaddaş və yaradıcılıqlarını, sosial, emosianal bacarıqlaırnı və dil biliklərini inkişaf etdirən, həm də müəllimlər tərəfindən asan tətbiq edilə bilən şəkildə hazırlanıb. Oynamaqla öyrənmək ideyasına önəm verilməsini dəstəkləyirik. Çünki uşaqlar təbiət etibarilə oynamaq və əylənməklə daha çox öyrənməyə meyillidirlər.

-John smith