Proqram

Orchids International 2-6 yaş arası uşaqları qəbul edir və onları 4 sinfə ayırır. Bu siniflər təcrübəli müəllimlər tərəfindən ingilis dilində idarə edilir..

Burada uşaqlara hər zaman düzgün pedaqoji yanaşma baş tutur. ORCHIDS hər kəs üçün təhlükəsiz, əyləncəli və öyrədici olmaq üçün əlindən gələni edir. Uşaqlara oyunlar, yaradıcılıq və kəşf etmə yollarıyla individual, qrup şəklində və müəllimlə birlikdə öyrənmə imkanları yaradılır

Hər sinifdə 3 nümayəndə uşaqların qayğısına qalır; Sinif rəhbəri, Asistent və Köməkçi.

Bizim məşğələlərimiz yaş qruplarına uyğun şəkildə 4 sinfə ayrılır:

Ətraflı tədqiq edilmiş bu kurrikulumda hekayələr, ritmlər (uşaq şeirləri) və oyunlara əsaslanan məşğuliyyətlər körpələrə əsas və ikinci dərəcəli rəngləri, sadə fiqurları, obyektləri ardıcıllıqla düzməyi, barmaq oyunları, rol oyunları, səhnəciklər, musiqi və rəqsi öyrədir. Məktəbəqədərlər üçün isə tematik öyrənmədə daha geniş mövzular olur. Rəqəmlər, əlifba, üçüncü dərəcəli rənglər, daha mürəkkəb yerləşdirmə və sıralama, həmçinin duyğu inkişaf etdirən digər təcrübələr məktəbəqədərlər üçün nəzərdə tutulmuşdur.

Oyun Qrupları (2-3 yaş)

İnam, özgüvən və güclü gündəlik həyat bacarıqlarını yaratmaq dizayn edilmişdir. “Oyna-Öyrən” xarakterli məşğuliyyətlər balacaları ilkin və ikinci dərəcəli rənglər, əsas fiqurlar, əşyaların düzümü, barmaq oyunları, rol oyunları, səhnəciklər, musiqi və rəqslə tanış edəcək. Biz bunlara diqqət yetiririk:

  • İlkin sayma və oxuma bacarıqları
  • Oynamaq və kəşf etməklə öyrənmək
  • Kommunikasiya və sosial bacarıqların yaradılması
  • Hər kəsin bir-birinə müsbət davranışla yanaşması
  • Koordinasiya və hərəkət dəqiqliyinin inkişafı
  • Dərk etmə bacarığını inkişafı

Körpələr (3-4 yaş)

İnam, özgüvən və güclü gündəlik həyat bacarıqlarını yaratmaq dizayn edilmişdir. Məqsədimiz rəqəmlər, əlifba, mürəkkəb məntiq oyunları, mürəkkəb düzüm və müxtəlif duyğu təcrübələri vasitəsilə uşaqları məktəbə hazırlaşdırmaqdır. Biz bunlara diqqət yetiririk:

  • İlkin sayma və oxuma bacarıqları
  • Oynamaq və kəşf etməklə öyrənmək
  • Kommunikasiya və sosial bacarıqların yaradılması
  • Hər kəsin bir-birinə müsbət davranışla yanaşması
  • Koordinasiya və hərəkət dəqiqliyinin inkişafı
  • Dərk etmə bacarığını inkişafı

Kinder-1 (4-5 yaş)

Tematik məşğuliyyətlər vasitəsilə uşaqların öyrənməyə daim istəkli hiss etməsinə çalışan proqram. Bu proqram uşağı məktəb təhsili üçün hazırlamaqda növbəti mərhələdir. Ədəbiyyat, riyaziyyat, təbiət elmləri vasitəsilə uşaqların duyğu və zehni təcrübələrini artırır, onların gündəlik rastlaşdıqları hadisələri dərk etməsinə kömək edir. Beləliklə də, uşağın ibtidai təhsilə tam şəkildə hazır olmasını təmin edir. Diqqətə aldığımız mövzular:

  • Rəsm, musiqi və oyunlar vasitəsilə öyrənmək
  • Daha mürəkkəb ünsiyyətlər yarada bilmək
  • Mehriban mühitin təmin olunması
  • Riyazi dərketmənin yaradılması
  • Asanlaşdırılmış dil bilikləri
  • Sözlərin mənalarını öyrənmək
  • Ətraf mühitin dərk etmək
  • Koordinasiya və hərəkətlərin yaxşılaşdırılması
  • Akademik biliklər üçün təməl yaratmaq

Kinder-2 (5-6 yaş)

DTematik məşğuliyyətlər vasitəsilə uşaqların öyrənməyə daim istəkli hiss etməsinə çalışan proqram. Bu proqram uşağı məktəb təhsili üçün hazırlamaqda növbəti mərhələdir. Ədəbiyyat, riyaziyyat, təbiət elmləri vasitəsilə uşaqların duyğu və zehni təcrübələrini artırır, onların gündəlik rastlaşdıqları hadisələri dərk etməsinə kömək edir. Beləliklə də, uşağın ibtidai təhsilə tam şəkildə hazır olmasını təmin edir. Diqqətə aldığımız mövzular:

  • Rəsm, musiqi və oyunlar vasitəsilə öyrənmək
  • Daha mürəkkəb ünsiyyətlər yarada bilmək
  • Mehriban mühitin təmin olunması
  • Riyazi dərketmənin yaradılması
  • Asanlaşdırılmış dil bilikləri
  • Sözlərin mənalarını öyrənmək
  • Ətraf mühitin dərk etmək
  • Koordinasiya və hərəkətlərin yaxşılaşdırılması
  • Akademik biliklər üçün təməl yaratmaq

Gündəlik Baxıcılıq

Əgər işgüzar bir valideynsinizsə, gündəlik baxım proqramımız uşaqlarınız üçün yemək və yuxu saatları da daxil olmaqla təhlükəsiz və rahat mühiti təmin edəcək. Bu proqram sizin və uşağınızın ehtiyaclarından asılı olaraq tənzimlənə biləndir. Gündəlik baxımda da biz xoşbəxt, aktiv və təhlükəsiz mühitin vacibliyini nəzərə alırıq.

Məktəbdən kənar Məşğələ

Hər bir uşaq fərqlidir və müxtəlif maraq sahələri olur. Məktəbdən sonra məşğuliyyətlər üçün olan proqramımız onun düzgün böyüməsi və qidalanması üçün möhkəm platformadır. Burada rəqs, hekayə danışma, əl işləri, idman və elm kimi maraqlar əhatə olunur. Uşaqların yaradıcılıq və sosiallığının təsviri sənət, musiqi, fiziki fəaliyyət, rəqs və dil öyrənmə vasitəsilə irəliləməsinə kömək edir.