ORCHIDS International Bakıda uşaqların ilkin öyrənmə çağlarının inkişafına yeni yanaşma gətirir. Biz Waldorf Steiner Sistemi, John Dewey Sistemi, İntellekt Müxtəlifliyi və Oyna-Öyrən Metodologiyasından ilhamlanan mükafatlandırıcı Doodleton kurrikulumunu izləyirik.

Bizim bütöv kurrikulum sistemimiz yüksək keyfiyyətli və araşdırma əsaslı erkən öyrənmə proqramıdır. Bu proqram bacarıqların inkişafının 16 əsas sahəsini əhatə edən məşğuliyyətlər vasitəsilə uşağın sosial-emosianal, fiziki və idraki inkişafını dəstəkləmək üçün xüsusi dizayn edilmişdir.

Bizim Kurrikulumuza aiddir:

  • Bizim Kurrikulumuza aiddir:
  • Tematik Yanaşma
  • Gündəlik məşğuliyyətlər/Materiallar
  • İnkişafın 16 əsası

Örnək olmaqla öyrətmək (Mən edirəm - Sən də et)

Bu üsul uşaqların sərbəst öyrənməsinə bünövrə rolunu oynayır. Bəs bunu necə edirik? Bizim yanaşmamız "Mən edirəm - Biz edirik, Sən də et!" psixologiyasına əsaslanır. Əvvəlcə daha asan bir mövzu seçirik və bunun öyrənilməsində onları müşayiət edir, örnək oluruq. Bununla da növbəti dəfə özlərinin tələsmədən və təmkinlə mövzuları sərbəst öyrənməsinə şərait hazırlamış oluruq. Beləliklə, uşaqlar problemləri özləri inamlı şəkildə həll etməyə alışırlar.

Oyun Qutusu ilə öyrətmək

Biz uşaqları hər ay mövzuya uyğun jurnallar, hekayə kitabları, 30-dan çox evə aparıla bilən material, qrup fəaliyyətləri, evə aparıla bilən 10 təsviri sənət və digər əl işləri materialları ilə təmin edirik. Bu, uşaqları bağça və ya məktəblə yanaşı, evdə də faydalı işlərlə məşğul saxlamaq üçün yaradılan strategiyadır. Bizim ev üçün verdiyimiz materiallar uşaqları rəqəmsal cihazlara (planşet, smartfon, kompyuter) alışqanlıqdan çəkindirəcək.